İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Topaz
Premyer Liqasının IX turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Topaz
Premyer Liqasının IX turunun “Turan” – AZAL matçında “Turan” klubunun 6
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Topaz
Premyer Liqasının IX turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçının 82-ci dəqiqəsində
“Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya
atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Topaz
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun
“Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 500 manat cərimə olunur (maddə 40).
Topaz
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun “Xəzər
Lənkəran” – “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ” klubunun 48 №-li
futbolçusu Əziz Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000
manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I
Divizionunun VI turunun “Qala” – “Şuşa” matçında “Qala” klubunun 4 futbolçusu
sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I
Divizionunun VI turunun “Tərəqqi” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
|