Azərbaycan
kubokunun 1/16 final mərhələsinin açılış oyununda “Kəpəz” I divizion təmsilçisi
“Qala”nı 4-2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Oyundan
sonra komandaların baş məşqçiləri oyun haqqında fikirlərini bildirmişlər.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “4-2 hesablı qələbə qazandıq,
komandamızın çoxlu qol imkanları oldu. Lakin hamısından istifadə edə bilmədik.
Bunun üzərində çalışmalıyıq. Bəzi futbolçular hansı komandada olduqlarını hələ tam
dərk etmirlər. “Qala” komandasının qapıçısının oyunu tərifə layiqdir. Artıq
növbəti mərhələdə “Qarabağ”la qarşılacağıq, öz oyunumuz üzərində işləməliyik”.
Fəxrəddin Qayibov, “Qala” klubunun baş məşqçisi:
“”Kəpəz” kimi komanda ilə qarşılaşmaq bizim üçün ciddi sınaqdır. Maraqlı oyun
alındı, azarkeşlərin darıxmadığını düşünürəm. Ümumilikdə oyundan razı qalsam
da, müdafiəçilərin səhvləri çox oldu. Əvəzində qapıçımız bizə çox kömək elədi.
Yüksək liqanın komandası səviyyəcə yüksəkliyini bildirdi”.
|