Topaz Premyer Liqasının IX turunda "Xəzər Lənkəran" "Qəbələn"i qəbul edib. Qarşılaşma 1:1 hesabıyal başa çatıb.
Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Ağır oyun oldu. Lənkərana üç xal qazanmaq üçün gəlmişdik. Ancaq bərabərlik qeydə alındı. Biz iki xal itirdik. 77 dəqiqə öndə olduq. "Xəzər Lənkəran" kimi komanda ilə bu qədər uzun vaxt öndə olmaq da uğur hesab oluna bilər. Penaltidən qol buraxdıq. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".
Yunis Hüseynov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Lənkərandakı ikinci oyunumuz idi. Gərgin oyun oldu. Öz səhvimizdən qapımızda qol gördük. Qarşıdakı oyunlara hazırlaşacağıq".
|