Topaz Premyer Liqasının IX turunda "Rəvan" səfərdə "Sumqayıt"ı minimal hesabla məğlub etdi.
Kemal Alispahiç, "Rəvan" klubunun baş məşqçisi: "Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Sərt əsən külək və stadionun ot örtüyünün vəziyyətinin pis olmasına baxmayaraq, komandam qalib gəlmək üçün əlindən gələni etdi. Bəzilərinə oyunumuz maraqsız görsənsə də, bizim üçün əsas olan nəticə idi. Hesab arasındakı fərq daha böyük ola bilərdi". Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Komandamın oyunundan razı qalmadım. Çox pis oyun nümayiş etdirdik. Məğlub olmalı deyildik. Mərkəz xəttdə problemimizin olduğu açıq-aşkar görünürdü. Təəssüf ki, məğlub olduq".
|