27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Topaz Premyer Liqası, IX turdan maraqlı məqamlar      2012-10-21

“Neftçi”, “Qarabağ” və AZAL-dan seriyalara davam

Topaz Premyer Liqasının IX turu “Neftçi”, “Qarabağ” və AZAL-ın fərqli seriyalarının davamı ilə əlamətdar oldu. Onlar ötən turlardakı seriyalarına davam etsə də rekorddan hələ çox-çox uzaqdır.

“Neftçi” hara, heç-heçə hara

Son 2 ilin çempionu “Neftçi” çempionatında startında 6-cı qarşılaşmasında da heç-heçə etmədi. Bununla da bakılılar 8-ci dəfə çempionata belə başladı. Ötən mövsüm olduğu kimi Böyükağa Hacıyevin yetirmələri yenə ilk 6 qarşılaşmada 4 qələbə və 2 məğlubiyyətlə başlayıb. 1998/99 və 2009/10 mövsümlərində isə ilk 6 matçda 3 qələbə və 3 məğlubiyyət qeydə alınıb. Digər 4 heç-heçəsiz  start – 1992, 1994/95, 1996/97,  2000/01-də ilk 6 matçda 6 qələbə ilə yadda qalıb.

“Neftçi” ötən mövsümü də 6 heç-heçəsiz qarşılaşma ilə bitirmişdi. Bu isə o deməkdir ki, “ağ-qaralar” 12 oyundur “sülh”lə barışmır. Lakin bu heç də rekord deyil. Paytaxt təmsilçisi 1992-ci ildə startdakı 28 matçla bərabərlikdən qaçmış və yalnız 29-cu oyununda heç-heçə etmişdi.

“Qarabağ” heç-heçələri sıralayır

“Qarabağ” isə əksinə 3 oyundur ki, ardıcıl heç-heçələri sıralayır. Ağdamlılar bununla da 1998/99 mövsümünün rekordunun 2 addımlığındadır. Həmin vaxt “Qarabağ” 16-20-ci turlar aralığında 5 heç-heçə etmişdi.

AZAL qol həsrətində

Son 4 oyunda qol həsrəti yaşayan AZAL “Qarabağ”ı 6:2 hesabı ilə udandan sonra rəqib qapılarına yol tapa bilmir. Sentyabrın 16-dakı matçın 77-ci dəqiqəsində Junior Nildonun vurduğu qoldan sonra 373 dəqiqədir ki, “təyyarəçilər” qol həsrəti yaşayır. Bakılıların antirekordu isə 2005/06 mövsümündə qeydə alınıb. Həmin vaxt 9-15-ci turlarda qol vurmayan o vaxtki “Olimpik” 7 qarşılaşmada rəqiblərini məyus edə bilməmişdi.

Qırılan rekord seriyaları

Zaqatalanın “Simurq” klubunun rekord seriyası qırılıb. Sonuncu dəfə ötən mövsümün aprelin 1-də keçirilən oyununda məğlub olan əyalət təmsilçisi öz meydanında AZAL-a 1:2 hesabı ilə uduzduqdan 202 gün sonra xalsız qaldı. Topaz Premyer Liqasının IX turunda “İnter”lə səfər matçında 0:1 hesabı ilə məğlub olan Georgi Çixradzenin yetirmələr 14 məğlubiyyətsiz qarşılaşmadan sonra belə üzüntü yaşadı. Zaqatala təmsilçisi ötən mövsümün son 6 və cari çempionatın ilk 8 oyununda heç kimə 3 xal verməmişdi. “Simurq” 2008/09 mövsümündəki 11 oyunluq məğlubiyyətsizlik seriyasını 3 matç, 2007/08 mövsümündəki startda 7 yenilgisiz qarşılaşma seriyasını 1 görüş artırmaqla hər 2 rekordu yenilədi.

386 gündən sonra 13-cü stadion

Topaz Premyer Liqasının IX turunda baş tutan “Qarabağ” – “Bakı” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. Mövsümdə ilk dəfə çempionat oyununa ev sahibliyi edən arena 386 gündən sonra Premyer Liqa görüşündə azarkeşləri topladı. Belə ki, ölkənin baş arenasında son görüş ötən il sentyabrın 30-da baş tutmuşdu. Həmin vaxt “Bakı” ilə AZAL qolsuz heç-heçə etmişdi. Yenə “Bakı”nın iştirakı ilə keçirilən qarşılaşma bu dəfə də heç-heçə başa çatdı.

Cari mövsümdə çempionat oyunlarını qəbul edən stadionların sayı bununla da 13-ə çatdı. Bunadək Premyer Liqa klubları Bakıda 6 - "Bakı"nın bazası, AZAL Arena, Bakıxanov qəsəbə stadionu, Dalğa Arena, “Şəfa” və Bayıl Arena, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatala şəhər stadionlarında meydana çıxmışdılar.

Münasib rəqiblər

Topaz Premyer Liqasının IX turu “İnter”in növbəti dəfə “Simurq”a uduzmaması ilə əlamətdar oldu. Bakılılar ölkə çempionatlarındakı 13-cü dueldə də rəqibinə məğlub olmadı. Bu, çempionatlar tarixində 5-ci belə nəticədir.

İndiyədək ən çox oyunda rəqibinə uduzmayan isə “Kəpəz”dir. Gəncəlilər MOİK-lə 22 matçın hamısında xal qazanıb. “Neftçi” isə “Şəfa”dan 17 dəfə xal alıb. “Turan” üçün isə “Kür” münasib rəqibdir. Ümumilikdə isə 6 cütdə 1 komanda 10 dəfədən çox, ən azı 11 dəfə qarşılaşdığı rəqibinə heç vaxt uduzmayıb.

Kəpəz (Gəncə)

-

MOİK (Bakı)

22

17

5

0

53

-

9

Neftçi (Bakı)

-

Şəfa (Bakı)

17

14

3

0

40

-

5

Turan (Tovuz)

-

Kür (Mingəçevir)

16

11

5

0

36

-

13

İnter (Bakı)

-

MOİK (Bakı)

14

11

3

0

26

-

2

İnter (Bakı)

-

Simurq (Zaqatala)

13

12

1

0

24

-

7

Kəpəz (Gəncə)

-

Pambıqçı (Bərdə)

12

10

2

0

37

-

7

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: