Topaz Premyer Liqasının IX turunda "Simurq"u qəbul edən "İnter" minimal hesablı qələbə qazanıb.
George Çıxradze, “Simurq” klubunun baş məşqçisi: “Bu matça yaxşı hazırlaşmışdıq. Çətin oyun olacağını bilirdik. Xal qazanmaq bizim üçün çox vacib idi. Buraxdığımız səhv nəticəsində qapımızda qol gördük. Təəssüf ki, məğlub olduq”.Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Rəqibin bir neçə oyununu izləmişdik. “Simurq” funksional və komanda oyunu nümayiş etdirir. İkinci hissədə meydançanın mərkəzinə sahib ola bilirdilər. Rəqibin müdafiə xətti çox yaxşı oynadı. Vacib üç xal qazandıq. Gələcəkdə də qələbələr qazanmağa çalışacağıq”.
|