Topaz
Premyer Liqasının IX turunda “Turan” doğma meydan AZAL-ı məğlub etdi - 1:0.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “”Turan”ı qələbə münasibəti ilə təbrik
edirəm. Bu qələbələrin ardının gəlməsini arzulayıram. Komandanın yeni rəhbərliyini
və məşqçini təbrik edirəm. Bu gün oyunumuz alınmadı. Bundan sonrakı oyunlarda
yalnız qələbə qazanmağa çalışacağıq”.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Fikrimcə, AZAL bu gün yaxşı oynadı.
AZAL-a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Əsgər Abdullayevə “Turan”da gözəl
kollektiv yaratdığı üçün təşəkkür edirəm. Komandamız bu gün yaxşı oynadı, sona
kimi mübarizə apardı, futbolçularıma minnətdaram”.
|