Topaz Premyer Liqasının IX turuna “Neftçi” – “Kəpəz” oyunu
ilə start verildi. Rəqibini 4-1 hesabı ilə məğlub edən Avroliqa təmsilçimiz 4-cü ev oyununda da qalib gəldi.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Oyunda istədiyimiz
nəticəni əldə bilmədik. Rəqiblə müqayisədə bizim futbolçularda təcrübə
çatışmır. Heyətimizdə gənc futbolçular çoxdur. Onlar “Neftçi”nin adından çəkindilər.
“Kəpəz”ə bundan sonra özünü göstərmək üçün yaxşı futbolçular və zaman lazımdır”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “”Kəpəz”in
“Bakı” və “Qarabağ”la oyunlarına baxıb onları yaxşı təhlil etmişdim. Oyunun ilk
on dəqiqəsində futbolçularım rəqibi qiymətləndirmədilər. Bunun nəticəsində “Kəpəz”
erkən qol vurdu. Həmin qoldan sonra bizim oyunçular ayıldı. Hesab edirəm ki, futbolumuzun “professor”u Mahmud Qurbanov çox
yaxşı komanda hazırlayıb, lakin daha yaxşı kollektiv qurmaq üçün 4-5 ay vaxt
lazımdır”.
|