Futbol
üzrə Azərbaycan I Divizionunun 2013/2014-cü il mövsümünün püşkü atılmışdır. Tədbirdə
iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini
bildirmişdir:
“İlk öncə hamınızı salamlayıram, hər bir komandaya yeni
mövsümdə uğurlar arzulayıram. Hər mövsüm iki komandanın Premyer Liqaya yüksələcəyi
nəzərdə tutulurdu, təəssüf ki, son mövsümlərdə bu alınmırdı. Yeni mövsümdən
etibarən I Divizionun qalibi olan komanda Premyer Liqaya yüksələcək. 5-6
komanda Premyer Liqaya yüksəlməyə iddialıdır. Lakin komandaların müvafiq sənədləri
qaydasında olmazsa, 1-ci yeri tutsa belə Premyer Liqaya buraxılmayacaqlar. Bəzən
klublar lisenziyalaşma qaydalarına barmaqarası baxır, amma qanun hamı üçündür.
Premyer Liqada artıq 5 tur geride qalib, gərgin və
maraqlı oyunlar kecir. Çempionat gərgin və maraqlı keçirsə, bu, futbolun
inkişafından xəbər verir. İnanıram ki, I Divizionda da komandalar arasında gərgin
mübarizə gedəcək. Yarışların keçirilmə qaydalarına əsasən yeni mövsümdən etibarən
hər bir komandada 6 nəfər yerli 21 yaşa qədər oyunçu start heyətdə meydana
çıxmalıdır. Bundan əlavə I Divizion oyunlarında komandalar 5 əvəzetmədən
istifadə edə bilər. Bu, gənc oyunçulara özünü göstərmək imkanı yaradacaq. Düşünürəm
ki, yeni əsasnamə ilə bağlı çətinlik olmayacaq. Ötən mövsüm I Divizionun bir
neçə oyunu canlı yayımlandı, bu mövsümdə də canlı yayımlar davam edəcək. Maraqlı
oyunların sayı çox olduqca canlı yayımların da sayının çoxalmasına çalışacağam.
Hər bir komanda bizim üçün əzizdir, calişacağıq ki, oyunlar ədalətli keçirilsin”.
““İçəri şəhər” komandasının I Divizionnda iştirakını biz
də istəyirdik, lakin klubun sənədlərində müəyyən problemlər olduğu üçün bu
alınmadı. Premyer Liqada mövsüm yeni başlayıb, hakim səhvləri də olub, əsas
odur ki, bu səhvlər qərəzli olmasin. İldə iki dəfə hakimlərin ölkə xarcində
toplanışları təşkil olunur. Bu şəraiti yaratdığına görə AFFA-nın prezidenti
Rövnəq Abdullayevə təşəkkürümü bildirirəm. Postsovet məkanından ilk dəfə olaraq
hakimlər üçün toplanışlar təşkil olunub. Toplanışda olan KİV nümayəndələri də
gördülər ki, hakimlərimiz hansı qrafiklə məşq edirlər, oyunlarda hakimlik edirlər.
Xarici klublar da yoxlama oyunlarını bizim hakimlərin idarə etməsini istəyirlər.
Azərbaycan Super Kuboku uğrunda oyunun Türkiyədə keçirilməsi üçün yerli Futbol
Federasiyası buna razılıq verməlidir. PFL olaraq, Super Kubok oyunu üçün tam
hazırıq. Lakin nəzərə almaq lazımdır ki, komandalar azarkeşlər önündə daha
yaxşı oynayır. I Divizionda çempion olmuş komandanın sənədləri qaydasında olmazsa,
Premyer Liqaya həmin komandadan sonrakı yeri tutmuş komanda yüksələcək”.
|